Şirkət gəlirlərini necə 4 dəfə artırdı.

ERP_ILE_GELIR - ADMIN - 51371   -Jul.10, 2019

Bildiyimiz kimi, müştəri məmnunluğu hər bir işdə olduğu kimi , bizim sahədə də çox vacib yer tutur. Bu həm mənəvi, həm də maddi dəyər deməkdir. Hansı daha vacib olduğunun üstündə dayanmaq fikrində deyiləm. Sadəcə bu yazının hansı nöqtədən qaynaqlandığı mənim üçün çox önəmlidir.

İş gününün sonu idi. Yorğun halda işləri yekunlaşdırıb, ofisi tərk etmək istədiyim vaxt telefonuma bir SMS gəldi. Nömrəni tanımadım. Açıb oxuyanda başa düşdüm ki, bu bizim daimi müştərimizdir (adını çəkmək istəmirəm). Çindən yazdığına görə nömrəsini tanımamışam. Yazı məni bir yandan sevindirsə də, o biri tərəfdən biraz utandırdı. Çünki razılıq və məmnunluq dolu bir təşəkkür məktubu idi. Utanmağımın səbəbi isə ondan irəli gəlir ki, biz müştərinin sifarişini nə qədər yaxşı görsək də, bunun müqabilində müəyyən məbləğ alırıq və bu qədər tərif və razılıq bir az izafi oldu.

Daha sonra zəng vurdu – danışdıq, yenə də razılıq etdi və çox xeyirli iş gördüyümüzü bildirdi. Həm də ki, bu iş hər bir iş adamı üçün görüləcək və ön mövqedə dayanmalı olduğunu dedi. Söhbət əsnasında proqram təminatından istifadə etdiyi gündən xərclərin nəzarətdə saxlanması və azalması, həmçinin gəlirin də çox ciddi şəkildə artmasını qeyd etdi. Belə razılaşdıq ki, Bakıya qayıdanda bir söhbət edək, proqram təminatı barədə fikir bölüşək. Günlər keçdi, dostumuz gəldi, söhbət elədik, dərdləşdik. Söhbətimiz uzun çəksə də, sizə bir balaca hissəsini təqdim edirik, çünki söhbətdə biznes sirləri getdiyini nəzərə alaraq, tam şəkildə təqdim edə bilmirik.

Bakımızın yerini heç yer vermir. İşlər yaxşı gedəndə isə adama bir ayrı ləzzət edir

W (webcity) - Salam. Xoş gördük. Vətənə xoş gəlmisən.

M (müştəri) - Xoş gördük. Vətəndə olmaq həqiqətən də xoşdur. Bakımızın yerini heç yer vermir. İşlər yaxşı gedəndə isə adama bir ayrı ləzzət edir.

W – Təbii ki, biz bilsək də, bloq izləyicilərimiz üçün də maraqlı olar ki, bizim şirkətlə və proqramlarımızla necə tanış oldun və necə oldu ki, ERP proqramı sifariş verməyə qərar verdin ?

M - Təxmini 7-8 il olar ki, reklamınızı gördüm və sizə sayt sifariş etdim. İş ürəyimcə oldu. Həm də xoş olan o oldu ki, zaman-zaman hər hansı bir dəyişiklik etmək istədikdə, operativ yardım göstərdiniz. Açığı bir müddət sonra işlərin çoxluğu ilə əlaqədar olaraq sayta vaxt ayıra bilmirdik. Daimi uçuşlar, anbarlara nəzarət, sifarişlərin izlənməsi və təmin edilməsi, köçürmələr və sair. Başım açılanda gördüm ki, saytda məlumatlar köhnəlib, yenilənməyə ehtiyac var. Həm də dedim ki, ofisinizə gəlib bir dost çayı da içək. Nə qədər vaxt idi görüşmürdük. Bu çay da mənə ”baha başa gəldi” (Gülür). Necə deyərlər söz sözü çəkər. Elə özün də problemləri gördün. Çox sağol ki, problemlərin mənbəyini göstərdin. Elə bil üstümdən dağ götürüldü. Nə isə qabağa qaçmayaq. Müzakirə əsnasında aydın oldu ki, saytı yeniləməklə biz heç nə əldə eləməyəcəyik. Vaxt çatışmamazlığı yenə də eyni problemi yaradacaqdı. Ona görə də işlərin optimallaşdırılması lazımdır. Bu söhbətimizə qədər heç ERP nə olduğunu bilmirdim ki...

W – Həqiqətən də gözəl qeyd elədin ki, bir çox iş adamlarımız gözəl biznes qursalar da idarəetmədə hələ də EXCEL-dən o yana keçə bilməyiblər. Hansı ki, EXCEL bir müddətdən sonra işi çox ləngiidir və tam ətraflı mənzərə yarada bilmir.

M – Hə. Doğrudan da elədir. Açığı elə proqramın strukturunu müzakirə edən zaman, mən yuxudan ayılmış adama bənzəyirdim. Nə qədər böyük imkanlara malik bir proqram yaratmaq mümkünmüş. Əvvəllər də ERP barədə bəzi məlumatlar eşitmişdim. Lakin araşdıranda tam mənim üçün olmadığını görürdüm. Siz təklif etdiyiniz isə individual olaraq sıfırdan mənim tələblərimə uyğun yığıldığından, problemlərimi həlletmək gücündə idi.

W – Tam düzgün yanaşmadı. Axı iki eyni barmaq izi olmadığı kimi, tam eyni biznes də olmur. Hər birinə fərdi yanaşma lazımdır. Rəhbərlər də fərqli olduğundan individual yanaşma çox önəmlidir. Bizim bu sahədəki rəqiblərimizdən fərqimiz ondadır ki, istənilən prosesi müştəri istəyinə uyğun formada avtomatlaşdırırıq. Şablonlardan olduqca uzağıq. İmkan yaranmışkən izləyicilərimlə bölüşə bilərsən mi ki, necə dəyişikliklər baş verdi ?

M - Əlbəttə! Böyük məmnuniyyətlə. Artıq ayrı-ayrı EXCEL cədvəllərinə baxıb, müqayisə edib, analiz etməkdən canım qurtarıb. Mənim əvəzimə hər işi proqram həyata keçirir. Özü analitika aparıb mənə lazım olan hesabatları təqdim edir. Yaxşı bir mühasibin işini əvəz edir, ofis menecerinin işini aparır, anbardar əvəzinə hesabatlar verir və.s

W – Beləliklə iki ayrı klassik mənzərə yaranır.” Əvvəl” və “sonra” . Nələr dəyişdİ ?

M – Demək olar hər şey. Xərcləri nəzarət altına ala bildim. Avtomatik olaraq azalda bildim. Lazımsız xərclər gündəlik işdə gözə görünmür və həcmi də hiss edə bilmirsən. Sistemləşəndə anlayırsan ki, nə qədər vəsait faktiki olaraq havaya sovrulur. Anbar qalıqlarını nəzarət altın aldım. Azalma kritik nöqtəyə çatdıqda proqram özü xəbər verir. Daha vaxt itirib sayım etməyə ehtiyac qalmır. Digər tərəfdən də müştəriyə “yox” demirsən və gözlətmirsən. Artıq mal saxlayıb pulunu lazımsız yerə yatırtmırsan. Müştərilərlə şirkətimiz və bizimlə istehsalçı arasında əlaqələr şəffaflaşdı. Həm də sürətləndi. Əvvəl bir rəqəmi 5-6 ayrı cədvələ yazırdıqsa, indi bir yer kifayətdir. Hər şey avtomatikləşib və səhv faktoru aradan götürülüb. Bu bilirsiz nə deməkdir ? Zaman və pul itkisi.

Açığı deyim ki, xərclərim xeyli azalıb, gəlirim isə bir neçə dəfə artıb...

W – Qardaş, bu yalnız proqram təminatı ilə bağlı ola bilməz axı.

M – Yox, təbii ki. Proqram çox böyük köməkdir. Lakin bütün uğurlarımı da ona bağlamazdım. Sadəcə, əvvəl bir xaos içində özümü itirmişdim. İndi isə bir nizamlı iş prosesi yaranıb ki, konveyerə bənzəyir. İşlər rahat gedir, sərbəst vaxtım dəfələrlə artıb ki, bu da inkişaf üçün bir təkan oldu. Həmin vaxtı yeni ideyalara və proyektlərə sərf edirəm və mənfəətim də artır. Odur ki, dolayısı ilə, sizin də payınız az deyil.

W – Sevindik. Çox gözəl. Nə vaxt nə lazım olsa, qulluğunuzdayıq...

M – Təbii ki, köməyinizə ehtiyacımız olacaq. Növbəti mərhələdə mobil əlavə də sifariş edəcəm. Səfər vaxtı heç də həmişə komputer əl altında olmur axı. Odur ki, hələ sizinlə əməkdaşlıq davam edir.

W – Yenə də qulluğunuzdayıq. Onu da müzakirə edərik, ancaq bu söhbətimizi bitirdikdən sonra. Son olaraq bizi izləyən iş adamlarına nə demək istəyərdiniz ?

M – 1. Əmin olun ki, sizə mütləq ERP lazımdır.

       2. Çəkinmədən Web City – yə müraciət edə bilərsiniz.

Həm müştəriyə, həm də yerinə yetirdikləri işə münasibətləri yüksək səviyyədədir.

W – Sizdən bir xahişimiz də olacaq. Söhbətimizi oxuyanlar proqramın üstünlüklərini sizin kimi bilməzlər və yazının biraz şişirdilmiş olduğunu düşünə bilərlər. Sizin adınızı qeyd edib və əlaqə yaratmaq istəyən iş adamlarına kontaktlarınızı ötürə bilərikmi ?

M – Satışlardan faiz verərsinizsə niyə də yox ?! ))))

W - Təşəkkür edirəm. Çox sağ olun. Yazını oxuyan izləyicilərimiz üçün isə əlaqə nömrəmizi aşağıda qeyd edirik. Buyun müraciət edin:

Əlaqə:  +99455 266 17 83 ; +99450 277 14 77

E-mail: [email protected] [email protected]

İş saatlarımız: Bazar ertəsi - Cümə: 08:00 - 17:00


Exceldən əziyyət çəkən sahibkarlar üçün təklif