Siz xəyal edirsinizsə
            Bizcə mümkündür . . .

Web dizayn sahəsində aşağıdakı işləri görürük:




   
Əksər hallarda müştərilər özlərinə məxsus, öz istəklərinə uyğun olan bir sayt istəyirlər. Bu halda hər bir nüans nəzərə alınmalıdır. Saytın ilkin dizaynından başlayaraq, məlumatın saytda yerləşməsinə qədər hər bir xırda detallar hesablanmalı və ortaya müştərinin istəklərini özündə əks elətdirən bir məhsul çıxmalıdır.

   Məhz buna görə biz müştərilərimizə, saytlarını sıfırdan yığmağı təklif edirik. Müştərinin ilkin görüşləri alınır, komandaya kimlərin düşəcəyi təyin olunur və görüş vaxtı komandanın hər bir üzvü böyük səbr və təmkinlə müştərinin bütün istəklərini dinləyir, lazım olan yerlərdə düzəliş və məsləhətlərini əsirgəmirlər!


Sıfırdan yığılmış saytların ən üstün cəhətləri:
   a) İndividual olmaları
   b) Sizin istəklərinizi tam olaraq əks elətdirmələri
   c) “Sizə özəl” idarə etmə sisteminin olması


Bu tip saytlara misal olaraq sizə webcity.az tərəfindən yığılmış aşağıdakı saytları göstərə bilərik:







Hazır scriptlərin install olunması

   Belə bir deyim var! – “Velosipedi yenidən icad eləmək lazım deyil”!
Əgər sizə standart funksiyalı bir sayt lazımdırsa, biz sizin üçün zamanın sınağından keçmiş, dəfələrlə test olunmuş hazır scriptlər yükləyə bilərik.
   Bu zaman müştərinin nə istədiyini öyrənirik, hansı scriptdən istifadə olunacağını müəyyən edirik, lazımi modul və kompanentlər əlavə olunur və sizin sayt hazırdır.


Hazır script üzərində yığılmış saytların üstün cəhətləri:
   a) Qısa müddətdə hazır olması
   b) Sərfəli qiymətə hazırlanması


Bu tip saytlara misal olaraq sizə webcity.az tərəfindən yığılmış aşağıdakı saytları göstərə bilərik.:







Flash bannerlərin hazırlanması

   İnternetdə ən çox istifadə olunan reklam növü flash bannerlərdir. Reklam o zaman effektli olur ki,nəzərdə tutulan ideya ən gözəl şəkildə tərtib olunsun. Məhz buna görədə siz öz sifarişini bizə həvalə etsəz əminliklə deyə bilərik ki, sizin fikir və bizim profesionallıq birləşərək mükəmməl bir iş ortaya qoya bilərik.








Hazır saytlara texniki dəstəyin göstərilməsi

   Saytınızdakı informasiya seyfinizdəki qızıl qədər qiymətlidir. Çünki zaman keçdikcə saytınızdakı informasiyanın hecmi artır və bununla bərabər dəyəridə atır. Dəyərli olan hər şeyi isə qorumaq lazımdır. WebCity şirkəti olaraq sizin üçün saytınızın təhlükəsizliyini təmin edə bilərik. Saytınızın gündəlik rezerv kopyalarının çıxarılmasından başlayaraq, saytda baş verən hər bir dəyişikliklərin izlənməsinə qədər bütün növ texniki dəstəyi göstəririk. Unutmayın heç kəs qəzalardan siğortalanmayıb! Əsas olan qəzanın niyə baş verməsi deyil, bu anda yanınızda kimin olmasıdır. Biz bu missiyanı öz üzərimizə götürməyə hazırıq!







Kontentin doldurulması və zənginləşdirilməsi

   Sayta məlumatların yerləşdirilməsi zaman, səbr və xüsusi istedad tələb edir. Məlumat yerləşdirilən zaman istər texniki cəhətdən, istərsə də, kontentin optimizasiyası cəhətdən peşəkarlıq öz sözünü deyir. Bu işi peşəkarlara həvalə edən şirkətlər həm zamana qənaət etmiş həm də daha keyfiyyətli iş əldə etmiş olurlar. Məhz buna görə siz bizə istər saytınızın ilkin məlumatının doldurulmasını, istərsə də, gündəlik məlumatların yenilənməsini həvalə edə bilərsiniz.







Mövcud proektlərə əlavə modulların yazılması

   Zaman keçdikcə düşüncələr dəyişir. Dünən sizi razı salan saytda bu gün nəsə çatışmaya bilər. Əgər sizin saytınızın mükəmməl olması üçün hər hansı kiçik dəyişikliklər və ya əlavələr lazımdırsa, bu işdə biz sizə kömək edə bilərik.







İntranet(daxili idarə etmə sistemləri)-lərin yazılması

   Orta və böyük biznes sahiblərinin ən tez-tez rast gədiyi məsələ işçilər, şöbələr arasında informasiyanın ötürülməsi məsələsidir. Aşağıdakı problemlər hamımıza tanışdır:
- "Bu informasiya mənə çatmayıb"
- "Sənədlər hələ filan şöbədədir bizə gələndə sizə xəbər edərik"
- "Filankəs gəlsin sənədlər ondadır"
- "Görüşün vaxtının dəyişdiyini bilmirdim" və s

   Bu kimi problemlər şirkətin produktivliyini aşağı salır, işləri həmişə gecikdirir və dolayısıyla şirkətin imicinə zərər vurur. Bütün bu məsələlin həlli üçün İntranet sistemləri ən yaxşı çıxış yoludur.

   Bir anlıq təsəvvür edin ki, sizin əlinizdə bütün bu problemləri həll etmək üçün bir sisteminiz var. Bu sistemin köməyi ilə sizin bütün şirkət bir mərkəzdən idarə olunur. Yeni xəbərlərdən tutmuş elan və tapşırıqlara qədər bütün informasiya hamıya çatır, elektron məlumatların paylaşması, iclasların görüşlərin vaxtları, iş qrafikləri, bir sözlə şirkətlə bağlı hər bir yenilik anında aidiyyatı olan hər kəslə paylaşılır və ən əsası bütün bunlar online rejimdə olur. Yəni, dünyanın harasında olursunuzsa olun şirkətiniz haqqında ən son informasiyalar həmişə sizinlə olacaq. Əgər sizə də belə bir xidmət lazımdırsa, bizə müraciət etməkdən çəkinməyin.








İnternet marketing siyasətinin hazırlanması və işin təşkili

   Hər bir şirkətin və ya müəssisənin inkişafı üçün reklamın nə qədər vacib olduğu hamıya məlumdur. Reklamın müəssisənin fəaliyyəti üçün böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq əgər o kor-təbii, plansız şəkildə həyata keçirilsə bu fəaliyyət heç bir səmərə verə bilməz. Buna görədə müəssisələrdə düzgün marketinq strateqiyasının hazırlanmasın böyük və mühüm əhəmiyyət kəsb edir. Ənənəvi marketingdə yetəri qədər mütəxəssislərimiz olsada internet marketing haqqında bunu deyə bilmərik.Bu sahə Azərbaycan üçün yetəri qədər cavan olmasına baxmayaraq qürurla qeyd edə bilərik ki, bu sahədə də sizə ən keyfiyyətli xidməti göstərə bilərik.







Web saytlar üçün statistikaların verilməsi

   Saytın statistikası dedikdə gün ərzində saytı neçə istifadəçinin ziyarət etdiyi, hansı ölkədən ziyarət etdiyi, hansı xəbərə neçə dəfə baxıldığını təyin edən sistem nəzərdə tutulur. İşinizin düzgün qurulması üçün onun düzgün statistikasını çıxarmalısınız. Və bu informasiyanı ən dəqiq şəkildə sizə biz verə bilərik.








Qrafik Dizayn sahəsində aşağıdakı işləri görürük:



Poliqrafik dizayn

   Poliqrafik dizyan dedikdə sizin şirkətin partnyorlarınızın ofislərində və cəmiyyətdə daimi xatırlaması kimi çıxış edir.Bura təqvimlər, zərflər, açıqcalar, dəvətnamələr, vərəqələr, blanklar, bukletler, vizitka,liflet,banner , kitabça və jurnallar, qovluqlar, stikerlər və s məhsullar daxildir.






Loqotiplərin dizaynı

   
İstənilən bir şirkətin və ya məhsulun kifayət qədər tanınması və yaddaşlarda qalması üçün onun özünəməxsus bir imici olmalıdır. Bu ağılda qalıcılığı davamlı tutmaq və görüldüyündə o markanın ağla gəlməsini təmin etmək məqsədiylə yaradılmış simvola "Logo" deyilir.

   Logotip şirketin imicidir və hətta deyərdim ki, hər hansı bir şirkətin, məhsulun və ya xidmətin tanınmasında ən vacib amildir. Logo təşkilatın, firmanın, şirkətin və s. tanınmasını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, hədəf kütləsi ilə aradakı bağı gücləndirmək üçün ən qısa yollardan biridir. Logo

   a) Ağılda qalıcı olmalıdır
   b) Ola bildiyincə sadə olmalıdır.
   c) şəkillə və yazı bir yerdə istifadə edilə bilər.
   d) təmsil etdiyi təşkilatın, markanın xüsusiyyətlərinə və məqsədinə uyğun olmalıdır..








Domen və hosting satışı

  • Dünya Domenleri
  • Domenlərin satışı – domenin alınması, qeydiyyatı və 1 illik texniki dəstəyi
  • Hosting satışı – Domene bağlı hosting sahəsinin 1 illik icarəsi




Şirkət e-maillərinin yaradılması

  • 1) Adınız elektron ünvanınızda (domen) tərkibində ( Məsələn: elnur_212@hotmail.com əvəzinə elnur@memmedov.com )
  • 2) Ailə üzvləriniz üçün eyni soyad-domendən istifadə imkanı ( elshad@memmedov.com, arif@memmedov.com )
  • 3) Şirkət üçün elektron ünvan yaradmaq imkanı
  • 4) Gələcəkdə həmin elektron ünvan vasitəsiylə web sayt yaradılma imkanı








SEO (Search Engine Optimization)

  • Script səviyyəsində optimizasiya
  • Məlumat(content) optimizasiyasi
  • URL səviyyəsində optimizasiya




   Seo "search engine optimization" yəni ki, "axtarış sistemi optimizasiyası" deməkdir.
Sizin biznesi, işi və ya məhsulu ən yaxşı şəkildə ifadə edən, istifadəçilərin axtarış sistemlərində yazdıqları sözlərə keywords və ya “açar sözləri” deyilir.
    Google, yahoo, bing, yandex kimi axtarış sistemlərinə sizin üçün qızıldan dəyərli olan açar sözlərini yazdıqda sizin şirkətin üst sıralarda çıxmasını təmin edən xidmətin adına SEO deyilir.
   Seo xidməti göstərərkən istifadə etdiyimiz bir neçə üsuldan misal çəkək.
    "Meta tag kodlaşdırılması","Robot.txt" və "Sayt xəritəsi" və buna oxşar SEO xidmətləri göstəririk. Seo xidməti göstərəcəyimiz firmaya hansı işləri görəcəyimizi ətraflı olaraq izah edib və gördüyümüz işləri sənəd halında təqdim edərik. Seo xidmətini göstərdikdən və web sayt istifadəyə verildikdən sonra Axtarış Sistemlərinin robotları ortalama 1 həftə və ya 2 həftə içərisində görülən işləri tapar və göstərər.
   Beləliklə axtarış sistemləri robotları səhifəni qiymətləndirir və bəzən ilk 10-luğa, bəzən də 100 və ya ondan da yuxarı bir mövqedə axtarış sisteminə salır.




Sosial şəbəkələrdə biznes səhifənin yaradılması

Biznes səhifənizin qeydiyyatı
Səhifənizə istifadəçilərin cəlb olunması
Səhifənizin şəkil, video, məlumat və s. vasitəsi ilə Facebook səhifələri arasında zirvədə olması.
Müştərilərinizi maraqlandırmaq və onların səhifənizi aktiv ziyarət etmələri üçün daimi yeniliklərin edilməsi.
Facebook-da reklamın verilməsi.
Bizim Facebook səhifəmizdə tanıtıcı elanın verilməsi.
Facebook səhifəmizdə yaratdığımız Bizim Facebook-dakı Partnyorlarımızın siyahısına səhifənizin əlavə edilməsi.