Siz xəyal edirsinizsə
            Bizcə mümkündür . . .

Sayt və Siz


   Web sayt nedir? -Bu başlıq altında web saytların nə olduqlarını və necə işlədiklərini sadə dillə izah etməyə çalışacam. İlk web sayt Timothy John Berners-Lee tərəfindən 1991-ci ildə yaradılmışdır. Bu zaman bu web sayta şəbəkədə olan bütün kompüterlərdən (internetə) daxil olmaq olurdu.Daha sonra internetin yayılması ilə birlikdə web saytlar çoxalmağa və internet anlayışının əsasını təşkil etməyə başladı. Bu gün interneti web saytsız təsəvvür etmək qeyri-mümkündür.




    Bəs bu web saytlar nədir ? - Sayt internetə bağlı hər hansı bir serverdə yüklü olan falyllardır (burda təbii ki, serverin web konfiqurasiyasi uyğundur). Biz internetdə bilavasitə ona internet browser ile qoşulmağa çalışdıqda HTTP (FTP ve s.) request sorğunu serverə göndərir və bu zaman biz həmin server kompüterində olan faylları əldə edirik. Bizim anladığımız sayt mənasında izah edəcək olarsaq isə web saytda serverdə yüklü olan hər hansı programlama dilləri və ya sadə html ilə yazılmış fayllardan ibarətdir. Biz adresi yazdıqda həmin adresə yeni server qoşuluruq ve serverdə gostərildiyi şəkildə icazə verilmiş bütün faylları browser pəncərəsinə HTML fayli şəklində görüntüləyirik. Web sayt əsas PHP, ASP, JSP, PERL, PHYTON ve s. kimi web programlama dillerində yazılır və istifadəçinin istədiyi əmrləri icra edir.







   Web sayt sizə niyə lazımdır? – Günümüzün ən qlobal problemlərindən biri gənclərin internetdən düzgün istifadə etməyi bacarmaması, orta və yaşlı nəslin isə internet və sayt anlayışı ilə az tanış olmasıdır. Web sayt sizə internetdən istifadənin ən səmərəli formasıdır. Bundan əlavə web sayt ən səmərəli və asan reklam növüdür. Sayt sizin şirkətinizin və ya biznesinizin bütün dünyaya çıxışını təmin edir. Əgər sizin işinizin kifayət qədər yaxşı reklamı yoxdursa siz öz biznesinizdə dünya səviyyəsində irəliləyə bilməyəcəksiz. Web sayt sizin həm peşəkarlığınızın həmdə biznesinizin göstəricisidir





Web sayt yığmaq üçün sizə nə lazımdır? – Bunun üçün sadəcə bizə müraciət etməniz kifayətdir.