Ziyarətçilər hardan gəlirlər?

ZIYARETCILER-HARDAN-GELIRLER - ADMIN - 51436   -Feb.18, 2019

Şirkət üçün saytın yığılması vacib məsələ olsa da, bəzən mənasız bir işə çevrilir. Heç kim görməyəcəyi bir şeyə nəyə görə pul xərcləyəsiniz ki? Sayta ziyarətçilər və onların alıcıya (müştəriyə) çevirən mexanizm lazımdır.
Onlar kimdilər və haradan gəlirlər? Sayt ziyarətçilərinin mənbəyi çox ola bilər. Ən böyük mənbə google və yandex tipli axtarış saytları ola bilər. Başqaları da var, lakin bazarda paylarını nəzərə alaraq, onları hələ kənara qoya bilərik. Ziyarətçiləri cəlb etmək üçün hər tıklamaya pul ödəyə bilərik və ya SEO vasitəsi ilə saytı inkişaf etdirə bilərik. SEO barədə ayrıca yazmışam.
Axtarış saytlarında ödənişli reklam hissəsi və adi hissə var. Bu gün üçün yeni yaranmış saytın normalda top hissəyə düşməyi ödənişli reklam hesabına zirvəyə qalxmasından daha baha başa gələ bilər. Bu paradoks zirvə uğrunda öz aralarında rəqabət aparan külli miqdarda saytların olmasından irəli gəlir. Günbəgün SEO ya xərclənən pullar artır.
Ona görə ilk olaraq hər tıklamaya görə ödənişli hissəyə fikir verməyinizi məsləhət görürəm. Müştərilərin belə cəlb edilməsi metodu hələ ki daha aydın proqnozlaşdırılandır. Siz nə qədər ödədiyinizi, nə qədər müştəri cəlb etdiyinizi və beləliklə iqtisadi səmərililiyini təyin edə bilirsiniz.
Daha bir sanballı müştəri bazası sosial şəbəkələrdi. Şirkətinizin sosial şəbəkələrdə səhifəsini yerləşdirməklə, siz külli miqdarda ziyarətçi cəlb edə bilərsiniz. Bunun üçün səhifəniz saytla bağlı olmalıdır, eynən sayt kimi maraqlı və daim yenilənən olmalıdır. İdeal həll menecerlərin birinin tapşırığı saytı və sosial şəbəkələrdəki səhifələrin doldurulması ola bilər. Ən əsası əmin olmalısınız ki, o bunları ödənişsiz etmir və gündə azı bir-iki saat bu məsələyə ayırır. Belədə nəticə özünü çox gözlətməyəcək.
Kənardan mütəxəssis cəlb edə bilərsiniz, ancaq o daha az effektiv olacaq. Çünki bu məsələdə məhsulu tanımaq, şirkət haqqında yenilikləri və situasiyanı bilmək önəmlidir.
Super bir variant bu cütlük satış meneceri+marketoloq olsun. İnternet marketoloq və veb-mütəxəssisdən azacıq dərs alıb bu cütlük bazarda partlayış edib, satışları kəskin artıra bilərlər.
Bənzər müştəri bazası mövzularla əlaqədar forumlar ola bilər. Orada suallara cavab verərək saytın ssılkasını verə bilərsiniz və xidmətinizi təklif edə bilərsiniz. Baner reklamı yerləşdirə bilərsiniz. Baner reklamı da öz növbəsində fərqlənir. Burada ödəniş tıklamaya və baxış sayına görə ola bilər. Birincilər müştəri cəlb edilməsinə xidmət edirsə, ikinci imic artırılmasın axidmət edir. Bir çox meydançalar adətən auditoriyanı diferensiasiya etməyi təklif edir, məsələn, cinsiyyət, yaş, yaşayış ərazisi və s.
Çaplı və internetdən kənar digər reklam vasitələrini də yaddan çıxarmaq olmaz. Sayt, vizitkanın üzərinə sayt ünvanını yerləşdirməklə, oraya sığışdıra bilmədiyiniz məlumatı qarşı tərəfə çatdırmaq vasitəsidir. Kataloqlara, prayslara və filial şəbəkəsinə, aksiyalara və aktual informasiyaya ani baxış imkanıdır.
Mən sadəcə ən populyar metodlar barədə bəhs etdim. Yenə də bir çox variant var. Filmlərdən əvvəl və sonra video reklam, məhşur saytların brendləşdirilməsi, email və sms paylaşım. Əsas bunu dərk etmək lazımdır. Ziyarətçisiz sayt mənasızdır, lazımlı məlumatı olmayan sayt mənasızdır. Saytla daim məşğul olmaq lazımdır. Bu sehirli at deyil ki, pul yatırmadan və heç bir əziyyət çəkmədən sizə gəlir gətirsin. Bu qəliz biznes sahəsidir, eynən dükan və ya filial açılışı kimi. Uğura və gəlirə tərəf gedən yolun üzərində dayanan çoxlu sayda detallar və əziyyət var. Əsaslar olduğu təqdirdə gəlik çox yüksək ola bilər. Siz mütəxəssis cəlb edə bilərsiniz, özünüz işləri həyata keçirə bilərsiniz, bir də ki, üsullardan kombinasiya edərək, effektivliyin və xərclərin optimallaşdırılmasına nail ola bilərsiniz. Ancaq yadda saxlayın. Sayt öz özünə işləmir.


SEO və axtarış optimallaşdırılması nədir?

Exceldən əziyyət çəkən sahibkarlar üçün t