SEO və axtarış optimallaşdırılması nədir?

SEO-OPTIMIZASIYA - ADMIN - 86183   -Feb.26, 2019

Gəlin sadə misallarla SEO və axtarış optimallaşdırılması nədir sualınna cavab verək. Yandex və Google kimi axtarış sistemləri necə işləyir.
Onların iş prinsipi şərti olaraq belədir – onlar bütün saytları skan edirlər, yadda saxlayırlar və ziyarətçi axtarış hissəsində, misal üçün, yazanda ki, 86 ölçüdə ayaqqabı almaq, öz bazalarında bu axtarışa uyğun gələn “relevant” səhifələr tapırlar. Relevant – axtarış sifarişinə müvafiq uyğun gələn, adekvat deməkdir.
Sonra isə qəliz ranqlanma alqoritmi işə düşür ki, aydınlaşdırsın, hansı səhifəni\saytı birinci, hansını isə 105-ci sətirdə çıxarsın. Alqoritmlər sirr olaraq saxlanılır və daima yenilənir. Ancaq mütəxəssislər var ki, eksperimentlər vasitəsi ilə öyrəniblər ki, hansı faktorlar ranqlanmaya pozitiv təsir göstərir. Beləliklə axtarış saytlarında ranqlanmanın nəticələrinə təsir edə biləcək yeni bir SEO (search engine optimization) elmi və SEO mütəxəssisləri peyda oldular. Əvvəllər saytın SEO optimallaşdırılması (sizin sayta olan ssılkaların alınması, optimal söz və söz birləşmələrinin mətnə daxil edilməsi və onların sayı, və daha vir neçə metod) ağlasığmaz nəticə verirdi. Nisbətən az yatırımla axtarış sistemlərində ilk yerlərə çıxmaq mümkün olurdu və nəticə etibarı ilə çox sayda ziyarətçi əldə etmək olurdu. Axtarış sistemlərindən istifadə edərək, ziyarətçilər bir çox hallarda ilk üç səhifədən o yana keçmirlər, əsasən isə ilk üç sətirə giriş edirlər.
Lakin vaxt keçdikcə SEO mütəxəssisləri məşğul olduqları belə gözəl saytlar həddən çox oldular. Məsələn, “çaynik almaq” sözlərinə görə ilk yerlərə çıxmaq get gedə həm çətinləşirdi həm də bahalaşırdı. Bu günə yeni yaradılmış saytlar üçün qoyulan tələbatlar əlçatan olsa da maliyyə cəhətdən özünü doğrultmur.
Ən kədərlisi odur ki, indi saytın liderlər sırasına çıxarılmasının nə qiymətini nə də vaxtını qiymətləndirmək mümkün deyil. Kimlərsə qışqıra bilər ki, bu belə deyil, biz bunu sadə məntiqlə izah edəcəyik. Bir neçə aksiom var.
1. Axtarış alqoritmləri tez tez dəyişdirilir.
2. Axtarış alqoritmləri tam məlum deyil.
3. Siz saytınızı yuxarıya doğru qaldırdıqca rəqibləriniz də bununla məşğuldular və siz onların nə büdcəsini nə də ki inkişaf sürətini bilmirsiniz.
Elə bu bəndlərə əsasən belə qənaətə gəlmək olar ki, dürüst SEO mütəxəssisi sizə səhifənin yuxarı doğru irəliləyişinə söz versə də, prosesin sürətinə heç bir qarantiya verə bilməz.
Yaxşı, bəs onda SEO nun üstündən xətt çəkək? Xeyr. Xətt çəkmək olmaz. Aşağı tezlikli və regional asılılığı olan sorğular var. Məsələn, Bakıda TY-201 modelli çaynik almaq. Bu sahədə rəqabət həm azdır həm də nəticə əldə etmək daha asandır. Həm də ki, siz saytı optimallaşdırdıqda, onu axtarış sisteminin gözündə yüksək səviyyəyə qaldırırsınız ki, bu da öz növbəsində kontekst reklamının qiymətinə təsir edən faktorlardan biridir. Ancaq bu tam başqa bir mövzudur.


Saytlar necə işlənilir?

Ziyarətçilər hardan gəlirlər?