Ziyarətçinin alıcıya çevrilməsi. İnternet marketoloq barəsində mif

INTERNET-MARKETOLOG - ADMIN - 86034   -Jul.10, 2019

Ziyarətçini sayta gətirmək hələ işin heç yarısı da deyil. Bu düzgün ziyarətçi olmalıdır və o sizdən nəsə almaq istəməlidir. Məhsul və ya xidmət – bu vacib deyil. Vacibi onda aşırı istehlakçı aktivliyi halı yaratmaqdır. Alış etmək istəyini qaldırmaqdır. Bunlara heç ağlınıza gəlməyən çoxlu sayda faktor təsir edir. Rəng, mətn, blokların yerləşməsi və daha bir çox şeylər alıcının psixologiyasına təsir edir. İstehlakçı psixologiyası barədə çoxlu sayda kitablar yazılıb və onların əksəriyyəti internetdə də keərlidir, lakin bəzi fərqlər var. Onlar barədə sonra.
Hər şeyi bir məqalədə izah etmək mümkün deyil, lakin qısaca məlumat verməyə çalışacağam. Bu gün internet marketinq bazarında praktiki olaraq mütəxəssis yoxdur. Niyə? İlk növbədə kiçik və orta biznes sahəsində bu tip xidmətə aşağı tələbat olduğindan. Sayt sifariş verdikdə sifarişçi icraçını qiymət və portfolio əsasında seçir. Gözəl və ucuz əsl yerinə düşəndir. Ancaq ucuz qiymətə siz ağlabat bir şey əldə edə bilməyəcəksiniz. Gözəl – bəli, bəlkə də müəyyən qədər babat bir şey ola bilər. Lakin əmin olun ki, marketinq sahəsində düşünülmüş bir şey olmayacaq. Bunun üçün adətən saytın yaradılmasından da çox vaxt sərf edilir. Bildiyimiz kimi isə vaxt – puldur. Mən özüm də belə hadisələrnən tez tez rastlaşıram. Belə bir variant təklif edə bilərəm. Saytı dizayn əsasında etmək və ya unikal dizayn üzrə sayt etmək birdə tam düşünülmüş sayt sifariş verə bilərsiniz. Ancaq bunun üçün minimum iki həftə məhsulla (xidmətlə) tanışlıq, sektorun müəyyən edilməsi, rəqiblərin analizinin aparılması və interfeysin planlaşdırılması üçün vaxt tələb olunur. Bu minimumdur. Mən hələ ciddi araşdırma barədə söz açmıram. Bu isə öz növbəsində saytın qiymətini iki dəfə artırır. Nəticə - imtina və ya sifarişçinin ümumiyyətlə itirilməsi. Bir çox şirkələr öyünurlər ki, bütün bunları onsuzda saytın hazırlanması zamanı həyata keçirirlər. Sonra bir aya hazır şablon və populyar dizayn üzərində anlaşılmaz bir məhsul hazırlayırlar.
Ona görə də belə alınır ki, bu tip mütəxəssislər yoxdur, çünki tələbat da yoxdur. Yox, təbii ki var, sadəcə çox böyük layihələr arasında. Və çox yüksək qiymətə işləyən professionallar var, amma kütləvi tələbat bazarında vakuumdur. Eləcə də studiyalar var ki, orada adi marketoloqlar işləyirlər, amma dediyimiz kimi incəliklər var. Cəlb etmə metodlarından başlayaraq xırdalıqlara qədər.
Nümunə üçün adi alət dükanını və internet satış dükanını götürək. Məhsul çeşidini və qiymətini müqayisə etmək üçün adi dükanlarda bəzən şəhərin əks qurtaracağına, bəzən isə başqa şəhərə getmək lazım gəldiyi halda, internet satış dükanlarının arasındakı məsafə bir tıklamayla ölçülür. Ona görə də internet məkanda alıcı həyatdakından daha çox dükan gəzə bilir. “Evə yaxın dükan” anlayışı adi marketoloqların arasında geniş yayılıb, internetdə isə hər biri evin yanındadır. Adi dükanda biz mal haqqında məlumatı yalnız məsləhətçi menecerdən əldə edə biliriksə, internet satış dükanda isə biz bütün müsbət və mənfi tərəflərinin qeyd edilməsi ilə və alıcıların rəyi ilə təmin olunmuş geniş məlumat ilə əhatə edilirik. Bunlar sizdə olmasa digər saytda mütləq olacaq. Bu çox vacib incəlikdir.
Alıcı almaq qərarına gəlməkdən öncə özü üçün dərk etməlidir ki, o nə alır, bu neçəyədir, onun nəyinə lazımdır və niyə məhz sizdən. Əgər sizin saytınız onun suallarına hərtərəfli cavab verəcəksə o sizin müştəriniz olacaq. Əks təqdirdə isə brauzerin qonşu bölməsində yerləşən saytın müştərisinə çevriləcək.
Bir çox hallarda belə bir qəribəliklə rastlaşıram – qiymətin gizlədilməsi. Bəli, adi dükanda müştəri məsləhətçiyə yaxınlaşacaq və sual verərək dialoqa başlayacaq ki, ba da adətən sizin xeyrinizə olan məsələdir. Ancaq bu ona görə baş verir ki, yaxınlaşıb soruşmaq digər dükana yollanmaqdan daha rahatdır. Lakin qonşu sayta keçmək çata daxil olmaqdan və ya məktub yazmaqdan, zəng vurmaqdan daha rahatdır. Nəticə etibarı ilə siz digər bir sayta qaçıb və orada xərclənən pulları itirdiniz.
Yeri gəlmişkən, online-chat lar bir dəb forması deyil, əksər hallarda kəskin bir ehtiyacdır. Ziyarətçi öz suallarına indicə və özünü yormadan cavab almaq istəyir. Suallara cavabı sizin əməkdaş verməyəcəksə bu vəzifənin öhdəsindən rəqib saytın əməkdaşı gələcək. Buna görə də çat olmalıdır və orada bütün suallara cavab verməyə hazır olan əməkdaş olmalıdır. Əks halda məhsul (xidmət) barədə tam ətraflı məlumat və online sifariş imkanı olmalıdır.
İnternet marketinqdə müştərinin hərəkətlərinə təsir edəcək daha bir çox incəliklər də var. Bunlar həm səhifənin yüklənmə sürətidir, həm məlumatların aktuallığıdır, həm yaddaqalan və birmənalı yazılan sayt ünvanıdır və milyonlarla digər xırda incəliklərdir.Hamısını qeyd eləmək üçün kitablar yazıla bilər. Bu məqalə ilə mən internet marketinqin əsasları təlimini vermək istəmirdim, sadəcə sizə izah etmək istəyirdimki, bu çox vacibdir. Bilin ki, sadəcə gözəl sayt sizə lazımi nəticə verməyəcək. Yalnız sizin üçün, sizin məhsul və xidmətlərinizin xüsusiyyətləri üçün, rəqiblərinizin təkliflərini nəzərə alaraq planlaşdırılan tədbirlər olmalıdır. Ümidvaram ki bu məndə alındı. Axı bizim ziyarətçilərin saytımıza girişi bizə bu qədər baha başa gələrkən, niyə biz onlarıbelə rahatlıqla itirməyə hazırıq?


Saytlar necə işlənilir?