Exceldən əziyyət çəkən sahibkarlar üçün təklif

ERP_NEDIR - ADMIN - 54642   -Mar.13, 2019

Şirkətiniz Böyüyür, işlər və işçilər artır, siz isə kontrolu itirirsiniz? İdarə etmə, məlumat toplanması və emalı çox vaxtınızı alır?

İcazə verin sizə bundan necə qurtulmanın yolu, şirkət idarəsinin necə avtomatlaşdırılması və tez bir şəkildə inkişaf etmənin yolu ilə sizi tanış edim.

Mənim Adım Əlşan Mirzəzadədir və mən Biznesmen-programmistəm. Bu gün sizə Webcity Smart Solutions-un hazırladığı ERP sistem barəsində informasiya verəcəyəm.

BELƏLİKLƏ ERP NƏDİR VƏ SİZƏ NECƏ KÖMƏK EDƏ BİLƏR?

ERP sözü “Enterprise Resource Planning” sözündən götürülüb və tərcümədə “Şirkət mənbələrinin(məlumatlarının) planlaması” deməkdir. Müasir ERP –lərdə bir çox modullar mövcuddur. Şirkətlər fərqli olduğu üçün onların ehtiyacları və idarə sistemləri də fərqli olur. Lakin ümumilikdə ERP sistemlərində aşağıdakı modullar olur.

– İstehsalatın idarəsi
– Çatdırlma və logistikanın iarəsi
– Şirkət daxili əlaqələrin idarə olunması
– HR menecment
– Təchizat zənciri
– İnventar idarə olunması
– Satış və marketing idarəsi
– Maaliyyə və Mühasibatlıq
– Online marketing


Siyahıya baxdıqda bu tip programların, şirkət idarə etməsində, sahələrin əksəriyyətinə nəzarəti təmin etdiyi görünür. Yəni sizin şirkət, istər istehsalat ilə, istər məhsullların satışı ilə, istər Çatdırılması ilə, və ya Online marketinglə məşğul olmasından asılı olmayaraq hər bir şirkətə yönəlik iş aparmaq mümkündür.

Eyni zamanda, Sistemin vahid mərkəzdən idarə olunması və məlumatlar bazasının düzgün qurulması icazə verir ki, siz istənilən məlumatı anında və istənilən cihazdan əldə edəsiniz. Bundan Əlavə məlumat itkisi və ya gecikməsi, bir məlumatı bir neçə dəfə yazma və düzəliş etmə lüzumu da qalmır.

  • Webcity ERP Ana səhifə Screenshoot

Yəgin ki, hər birinizə belə bir situasiya tanışdır. Şirkət “X” məhsulunu satır. Satış sonrası çek ofisə gətirilir, və mühasibatlıq bu çeki dəftərə, excelə, fayla və s. buna bənzər qeyri peşəkar bir yerə qeyd edir.

Sonra bu qeydlər ayrı-ayrılıqda Marketing ofisinə ötürülür, onlar da öz dəftərlərinə, bundan sonra Texniki şöbəyə, sonra ambara, sonra ümumi şöbəyə və müdirə və s. bu şəkildə dövr edir. Əgər şirkətinizdə bir neçə filial və şöbə, mərkəzi anbar varsa onda prosesin nə qədər dərinləşəcəyini, eyni zamanda düzəliş və məlumat emalının nə qədər çətin olacağını, əminəm ki, siz məndən daha yaxşı təsəvvür edə bilirsiniz. Hətta indi, bu mətni oxuyarkən belə öz –özlüyündə: “elə biz indi bu dəqiqə bu əziyyəti çəkirik” deyənləriniz də var.

  • Webcity ERP Ödəniş qəbzləri Screenshoot

İndi isə təsəvvür edin ki, bütün bu prosesin əvəzinə, siz çekdəki məlumatları daxil edib “OK” düyməsini sıxırsınız və bütün bu proseslər avtomatik gedir. Bir anda... və bir məlumatda 100 yerə yazılmır. 1 saniyə sonra bütün şöbələrdə lazımi informasiya var, anbardan məhsul çıxdı, maaşlar hesablandı, maaliyyə hesabatları oturdu, texniki şöbəyə lazımi qeydlər ötürüldü və hətta 6 ay sonra üçün texniki servis vaxtı təvimdə xatırlatma olaraq qeyd olundu və vaxtı gələndə aidiyyatı şəxslərə e-mail və ya SMS vasitəsi ilə qeyd gedir.

Əgər diqqətinizi çəkə bildimsə, o zaman davam edək. Belə bir sistem eyni zamanda online işləyir. Yəni, siz internet olan isənilən yerdən, istənilən cihazdan, şirkətdə baş verənləri izləyə bilir, əmr və tapşırıqlarınızı yaza, bir sözlə ofisdən ayrılmamış kimi davam edə bilirsiniz.

Məncə indi hər birimiz özümüzü, Maldiv adalarında, okeanın sahilində, Şezlongda, 1 əlimizdə kokteyl digər əlimizdə isə mobil telefonla şirkətdə bu dəqiqə nə qədər gəlir gəldiyini izləyərkən təsəvvür etdik...

O zaman sizi sevindirim! Bu həqiqətən də mümkündür. Belə bir program haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlamanız yetərlidir. Elə indi randevu alın və şirkətimizin nümayəndəsi sizinlə, sizə uyğun bir yerdə görüşüb detalların müzakirəsinə başlasın.

Bir nüansı diqqətinizə çatdırmaq istərdim. Hər bir şirkət Yaşayan Canlı bir orqanizmdir, və hər bir şirkət öz strukturu və idarə etməsi ilə bir birindən fərqlənir. Bunun üçün də, standart verilənlər üçün yazılmış bir program təəssüf ki, hamı üçün faydalı olmur. Necə ki, Standart tikilmiş bir kostyum birinin əyninə böyük, bir digərinin əyninə kiçik olur, burda da belədir. Məsələn “A” şirkətində Müdir bütün işçilərdən gündə 2 dəfə Görülən işlər haqqında,yazılı formada məlumat istəyir və bunu işçilərin şəxsən təqdim etməsini tələb edir, “B” şirkətində isə işçilər gün sonunda məlumatı katibəyə ötürür, o isə öz növbəsində məlumatı emal edərək lazımlı formaya salır və e-maillə Müdirə və digər aidiyyatı orqanara göndərir. Misaldan da göründüyü kimi, hər bir şirkət eyni işi fərqli - fərqli üsullarla görür və bu halda ERP sistemi iki şirkətdən birinin işinə yarayacaqsa bir digərinə yaramayacaq.

DİQQƏT!

Webcity Smart Solutions sizə standart ERP deyil, məhz “sizin əyninizə biçilmiş” ERP sistemi təklif edir. Biz hazır sistemin satıcısı deyilik, biz sistemi sizin istək və tələblərinizə uyğun sıfıdan qurur və sizə özəl bir ERP yaradırıq.

İş prosesi təqribən belə olur.

  1. 1. Sizinlə Görüşüb sizin ehtiyaclarınızı və istəklərinizi təyin edirik.
  2. 2. Danışır, şirkətinizin iş prinsipini tam olaraq mənimsəyir, strukturu bir yerdə çəkir, ehtiyac olarsa düzəlişlər və təkliflrimizi də əsirgəmir, birlikdə hazırladığımız strukturu təsdiqləyirik.
  3. 3. Bu struktur üzərindən hazırlanacaq proqramın texniki tapşırığını və smetasını hazırlayırıq.
  4. 4. Burda biz görüləcək işləri, zamanlamanı, qiyməti və ödəmə metodlarını təyin edirik.
  5. 5. Müqavilə imzalanır və biz işə başlayırıq.
  6. 6. Görülən işlər etap-etap bitdikcə sizinlə birlikdə baxırıq, tet edirik. əgər səhflər varsa düzəldilir, əgər nə isə ürəyinizcə deyilsə siz bəyənənə və ok verənə qədər üzərində işlənilir və son nəticəyə qədər cilalanır.
  7. 7. ERP-nin inteqrasiyası prosesi aparılır, köhnə məlumatların daxil olması həyata keçirilir, Bütün kollektivə trenninqlər keçirilir.

Beləliklə! Əgər şirkətinizi avtomatlaşdırmaq, prosesləri sadələşdirmək və vaxtınızı alan rutin və cansıxıcı işlərdən qurtulmaq istəyirsinizsə, o zaman elə indi zəng edin və görüş təyin edin.


Ziyarətçilər hardan gəlirlər?

Şirkət gəlirlərini necə 4 dəfə artırdı.